"Neftçi" legioneri ilə yollarını ayırdı

19:42 - 26 İyun 2021

“Neftçi” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Manset.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, cinah yarımmüdafiəçisi Stiven Jozef-Monroz ilə başa çatan müqavilə yenilənməyib. Fransalı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Stiven Jozef-Monroz “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 44 oyunda 12 qola imza atıb.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin