Rüstəm Minnixanov Bakıya səfərə gəldi

23:32 - 16 Dekabr 2024

Rüstəm Minnixanov Bakıya səfərə gəldi

Rusiyanın Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov dekabrın 16-da Bakıya işgüzar səfərə gəlib.

 

Manset.az Report-a istinadən verdiyi məlumata görə, səfər Azərbaycan tərəfinin dəvəti ilə həyata keçirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Rüstəm Minnixanovu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov qarşılayıblar.

R.Minnixanovun proqramına bir sıra müəssisələrə səfərlər, həmçinin rəsmi görüşlər və işgüzar danışıqlar daxildir.


Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin