Məhkəmə-Hüquq Şurasının hüquqları artırılır

19:51 - 16 Dekabr 2024

Məhkəmə-Hüquq Şurasının hüquqları artırılır

Məhkəmə-Hüquq Şurasının hüquqları artırılır.

 

Manset.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:

- vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;

- Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;

- İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;

- məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq.

Məhkəmə-Hüquq Şurasının vəzifələri sırasına isə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək daxil olunub.


Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin