“Barselona”nın məşhur futbolçusu zədələndi - FOTO

17:57 - 16 Dekabr 2024

“Barselona”nın məşhur futbolçusu zədələndi - FOTO

"Barselona"nın mətbuat xidməti İspaniya çempionatının 17-ci turunun "Leqanes"lə oyununda (0:1) zədələnən Kataloniya komandasının cinah oyunçusu Lamin Yamalın durumu ilə bağlı açıqlama yayıb.


Bu barədə Manset.az xarici mediaya istinadən xəbər verir.

“Birinci komandanın oyunçusu Lamin Yamal bazar günü, dekabrın 15-də “Leqanes”lə oyun zamanı sağ topuq nahiyəsindən xəsarət alıb. Bazar ertəsi keçirilən testlər oyunçunun 1-ci dərəcəli ayaq biləyi bağlarının zədələndiyini göstərdi. Futbolçunun üç-dörd həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir”, - klubun X sosial şəbəkəsində açıqlamasında deyilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv