Prezident Siluanov və Slutski ilə görüşdü - YENİLƏNİB
18 Noyabr 2024
14:56 - 16 Noyabr 2021
"WhatsApp"da silinmiş ismarıclar telefonun ehtiyat kopiyalama funksiyası sayəsində yaddaşda qalır.
Manset.az “The Sun”a istinadən xəbər verir ki, sözügedən funksiya sayəsində hər gecə saat 2-də bütün ismarıcların ehtiyat nüsxəsi çıxarılır. Hərçənd bu, bir həftə, yaxud bir ay müddətinədək uzana bilər.
Belə ki, silinmiş ismarıcı oxumaq üçün "WhatsApp"ı silib yenidən yükləmək lazımdır. Daha sonra istifadəçinin çatları bərpa etmək opsiyası çıxacaq. Beləliklə, müvafiq opsiyanı seçməklə silinmiş ismarıclar da daxil olmaqla çatları bərpa etmək olar.
Həmçinin silinmiş ismarıcları bildirişlərin tarixi və ya bildirişlərin registerləri vasitəsilə də oxumaq olar. Lakin ismarıc silinənədək bildirişin açılmaması, eləcə də telefonun restart edilməsi halında qeyd olunan üsul işləmir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin