Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
19:16 - 26 İyun 2021
Federasiya əməkdaşını öldürən dəstə saxlanıldı və məhkəmə qarşısına çıxarıldı.
Manset.az "Oxu.az"A istinadən xəbər verir ki, iyunun 24-də Azərbaycan Avtomobil Federasiyasının əməkdaşı Səxavət Məmmədovu döyərək öldürən və hadisə yerindən qaçan 3 nəfər şəxs- 1991-ci il təvəllüdlü Məmmədov Kamandar Əlimərdan oğlu, 1999-cu il təvəllüdlü Abıyev Mais Vüqar oğlu və 1989-cu il təvəllüdlü Canıyev Nurlan Rizvan oğlu tutularaq barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı başlanan cinayət işi üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam edir.
Xatırladaq ki, Səxavət Məmmədov 24 iyun 2021-ci il tarixində axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən 20 Yanvar dairəsi yaxınlığında digər avtomobildə olan şəxslərlə yol hərəkəti zəminində mübahisə baş verib, avtomobildəki şəxslər nəqliyyat vasitəsini Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsinədək təqib edib, avtomobilin qarşısını qanunsuz olaraq kəsib, zor tətbiq etməklə Səxavət Məmmədovu avtomobildən enməyə məcbur edib, ona və onun sərnişini olan Federasiyanın digər əməkdaşına hücum edərək ağır zərbələr endirib. Hücuma məruz qalan Səxavət Məmmədov hadisə yerində ölüb.
Hadisə yerindən qaçan 3 nəfər şəxs- “Chevrolet” markalı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Kamran Əlmərdan oğlu, 1999-cu il təvəllüdlü Abıyev Mais Vüqar oğlu və 1989-cu il təvəllüdlü Canıyev Nurlan Rizvan oğlu polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində elə həmin gün şübhəli şəxs qismində saxlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin