Madonnanın Roma Papası ilə şəkli interneti bir-birinə vurdu - FOTO

12:05 - 15 Dekabr 2024

Madonnanın Roma Papası ilə şəkli interneti bir-birinə vurdu - FOTO

Məşhur müğənni Madonna süni intellekt tərəfindən yaradılmış Roma Papası ilə fotoshop edilmiş açıq-saçıq fotolarına görə izləyicilərinin tənqidinə məruz qalıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

Madonna "Instagram"da paylaşdığı fotolarda guya Papa ilə birlikdə poz verdiyini göstərib. Şəkillərdə müğənni şəffaf korset və qısa şortda təsvir olunub.

Bu provokativ görüntülər pərəstişkarlar tərəfindən kəskin şəkildə tənqid edilib.

"Bu hörmətsizlikdir", "Tamamilə qəribədir... o, ağlını itirib", "İyrəncdir!", "Bu, qorxunc görünür",- kimi şərhlər sosial şəbəkədə paylaşılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv