Ölkəmizdə qadınlar kişilərdən daha az maaş alır

19:07 - 14 Dekabr 2024

Ölkəmizdə qadınlar kişilərdən daha az maaş alır

Əhalinin məşğulluğu və əmək münasibətləri sahəsində milli qanunvericilikdə, o cümlədən Əmək Məcəlləsində, “Məşğulluq haqqında” Qanununda və digər normativ-hüquqi aktlarda bütün şəxslərə əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanlar verilib. Bununla yanı cinsinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağan olunub, amma bu proses praktikada özünü çox da doğrultmur.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycanda ümumi işçi qüvvəsinin sayında qadınların payı 48,3%, kişilərin payı 51,7%, ümumi məşğul olanların sayında qadınların payı 47,8%, kişilərin payı 52,2%-dir. Məşğul qadınların 14,8%, kişilərin isə 19% ali təhsillidiir. İşsizlərin ümumi sayının 55,9%-ni qadınlar təşkil edirr. Ümumi respublika üzrə qadınlar arasında işsizlik səviyyəsi 6,5%, kişilər arasında 4,8%-dir. 

İqtisadi fəaliyyət növləri üzrə kişilər tikinti (91,9%), elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı (89,3%), mədənçıxarma sənayesi (88%), nəqliyyat və anbar təsərrüfatı (83,2%) kimi fəaliyyət növlərində, qadınlar isə təhsil (73,4%), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (70,4%), ticarət və nəqliyyat vasitələrinin təmiri (63,6%), kənd təsərrüfatı (54,3%) kimi fəaliyyət növlərində üstünlük təşkil edirlər. 

Azərbaycan Respublikasında 2023-cü ildə qadınların orta aylıq əməkhaqqı 739,3 manat, kişilər arasında bu göstərici 1066,9 manat təşkil edib, nəticədə cinslər arasında orta aylıq əməkhaqqı fərqi 30,7% olub. Qadınların daha çox təmsil olunduğu əksər sahələrdə rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir.  

Dünya İqtisadi Forumunun Gender Fərqliliyi İndeksi (GFİ) və BMT-nin Gender Bərabərsizliyi İndeksinin (GBİ) təhlillərinə əsasən, Azərbaycan dünya üzrə qadınların iqtisadi fəallıq və imkanlar sahəsində 2017-ci illə 45-ci, 2022-ci ildə isə 36-cı yerdə müəyyənləşdirilib. 


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin