Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
13:39 - 14 Dekabr 2024
Mərkəz müdafiəçisi Serxio Ramos karyerasını "Boka Xuniors"da davam etdirə bilər.
Manset.az xarici mediaya istinadla xəbər verir ki, Argentina klubu 38 yaşlı ispaniyalını yanvarda heyətinə qatmağa çalışacaq. "Boka Xuniors"un prezidenti Xuan Rikelme şəxsən Ramosla telefon danışığı aparacaq.
Xatırladaq ki, Ramosun son klubu futbolçunun peşəkar karyerasına başladığı "Sevilya" olub. 38 yaşlı futbolçu 2023-cü ilin yayında azad agent kimi doğma komandasına qayıdıb.
Daha əvvəl müdafiəçi "Real Madrid" və Fransanın Paris Saint-Germain klublarında da çıxış edib.
Ötən mövsüm müdafiəçi "Sevilya"nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin