Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
13:20 - 14 Dekabr 2024
Qarlı hava səbəbindən Bakı-Şamaxı yolunun Qobustan rayonundan Ceyrankeçməz kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətindəki çətinlik aradan qaldırılıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.
"Hazırda vəziyyət normaldır. Gediş-gəlişdə problem yoxdur. Dünən axşam saatlarından başlayaraq qarın yağması müşahidə edilib. Səhər saatlarında artıq buzlaşma qeydə alındı. Dərhal əraziyə maşın-mexanizm texnikaları cəlb olundu. Buzlaşmış ərazilərə duz və qumun qarışıq formada səpilməsi ilə hərəkət təmin edildi. Hazırda hərəkətdə problem müşahidə edilmir.
Axşam saatlarına doğru yenidən şaxtanın olması səbəbindən sürücülərdən xahiş edirik ki, qış fəslinə uyğun olaraq avtomobilini təchiz etməmiş sürücülər dağlıq və dağətəyi yollardan istifadə etməsinlər. Çünki biz nə qədər tədbir görsək də, həmin sürücülərin hərəkətində mütləq şəkildə problem yaranacaq. O problem də digər hərəkət iştirakçılarına maneə törədəcək", - deyə A.Nəcəfli qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin