Bu vəzifəli şəxs Bakı metrosunda öldü

13:07 - 14 Dekabr 2024

Bu vəzifəli şəxs Bakı metrosunda öldü

Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

"Səhər saat 5:30-da iş vaxtı bitərək "İnşaatçılar" stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu" stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.

Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb.

Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib", - deyə məlumatda qeyd olunub.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin