AZAL prezidentindən dron iddiasına REAKSİYA
26 Dekabr 2024
21:12 - 13 Dekabr 2024
Azərbaycan və Belarus baytarlıq preparatlarının birgə istehsalını təşkil etməyi planlaşdırır.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi məlumat yayıb.
Birgə müəssisə Azərbaycanda yaradılacaq.
Belarusun “BelVitunifarm” şirkətinin baş direktoru İlya Darovski və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev Bakıda iki qurum arasında məxfilik müqaviləsi və əməkdaşlıq sazişi imzalayıblar.
Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən qeyd edilib ki, Azərbaycanda baytarlıq preparatlarının istehsalı hər iki tərəf üçün kommersiya faydaları ilə yanaşı, yeni perspektivli bazarlara çıxış imkanı verəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin