Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
20:16 - 13 Dekabr 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Manset.az xəbər verir ki, bu barədə Agentliyin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Xəbərdarlığa əsasən, sabahdan Cəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi dekabrın 15-i səhər saatlarına kimi davam edəcək.
Belə ki, küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-37 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 3-4 m.-ə, sonrakı inkişafda isə 6-8 m.-ə çatacağı proqnozlaşdırılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin