Hökümənin nəşi bu gün təhvil veriləcək
26 Dekabr 2024
16:25 - 13 Dekabr 2024
Fransa Prezidenti Emmanuel Makron Mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri Fransua Bayrunu ölkənin yeni Baş naziri təyin edib.
Manset.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
“Respublika Prezidenti Fransua Bayrunu Baş nazir təyin edib və ona hökuməti formalaşdırmağı tapşırıb”, - agentliyin materialında qeyd edilir.
Bayru 2002, 2007 və 2012-ci illərdə üç dəfə prezident seçkilərində iştirak edib. Həmçinin 1990-cı illərdə Fransua Mitteranın, sonra isə Jak Şirakın prezidentlikləri dövründə təhsil naziri vəzifəsində çalışıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin