Putin Paşinyanla görüşməkdən imtina etdi

16:10 - 13 Dekabr 2024

Putin Paşinyanla görüşməkdən imtina etdi

"Vladimir Putinin planına Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü daxil deyil".

 

Manset.az rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiyan prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu gün Baş nazirin proqramı ilə bağlı ayrı-ayrı görüşlər planlaşdırılmır. Amma Prezident Putin Nikol Paşinyanı dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək  MDB ölkələri liderlərinin görüşünə dəvət edib".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün səhər Moskvaya gedib.

Çünki bu gün Rusiyanın paytaxtında Avrasiya Hökumətlərarası Şurasının iclası baş tutacaq.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin