Hərbi xidmətdən boyun qaçıranların ölkədən çıxışı qadağan olunur

16:05 - 13 Dekabr 2024

Hərbi xidmətdən boyun qaçıranların ölkədən çıxışı qadağan olunur

Vətəndaşların ölkədən getmək hüququnun məhdudlaşdırıldığı hallar artır.

 

Manset.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda çağırış üzrə qərar qəbul edilənədək Vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırılacaq.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin