AZAL prezidentindən dron iddiasına REAKSİYA
26 Dekabr 2024
13:33 - 13 Dekabr 2024
Adananın Sarıçam rayonunda qısqanclıq zəminində mübahisə zamanı ərinin tapançasından atəş açan gənc qadın həyatını itirib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İki il əvvəl evləndiyi həyat yoldaşı İbrahim S.-nin mobil telefonunda bir qadının mesajını görən Günay Səna S. onunla mübahisə edib. Mübahisə zamanı İbrahim S. tapança ilə Günayın sinə nahiyəsinə atəş açaraq, onu ağır yaralayıb. İbrahim S. arvadını qucağına alaraq bayıra aparmaq istəyib. Bundan sonra Günay Səna S yerə yıxılıb, İbrahim S. isə onun yarasını sarıyıb.
Hadisə barədə məlumat verildikdən sonra əraziyə çoxlu sayda təcili tibbi qruplar göndərilib. Tibb qruplar ürəyi dayanmış qadına ürək masajı edib və onu xəstəxanaya çatdırıblar. Günay Səna S.-i xilas etmək mümkün olmayıb və onun cənazəsi torpağa tapşırılıb.
“Həyat yoldaşım gördü ki, telefonuma bir qadından mesaj gəlib. Bunu görəndə, o əsəbləşdi, mənim silahımı götürdü və özünü vurdu. Yoldaşım, intihar etdi, mən onu öldürmədim", - polis tərəfindən saxlanılan İbrahim S. ifadəsində deyib.
Faktla bağlı araşdırmalar aparılır
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin