Azərbaycanda çörəyin qiyməti artacaq? - YENİLƏNİB
1 Fevral 2025
13:59 - 13 Dekabr 2024
İnkişafının intibah dövrünü yaşayan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri mövcud tərəqqinin bütün ölkə üzrə proporsional qaydada paylanması, hər bir bölgəni əhatə etməsidir. Qeyd edilənlər isə təbii olaraq paytaxtla yanaşı, Azərbaycan regionlarının da dinamik inkişafını şərtləndirir. Burada ən vacib nüanslardan biri isə ondan ibarətdir ki, regionların daha sürətli tərəqqisi məqsədilə onların spesifik xüsussiyyətləri mütləq şəkildə nəzərə alınır.
Ümumiyyətlə, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dövlət tənzimlənməsi və sosial-iqtisadi inkişafın istiqamətləri müəyyən edilərkən regionun xüsusiyyətləri nəzərə alınmaqla təkliflərin verilməsi və onların həyata keçirilməsi artıq ənənə halını alıb. Bunun nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafi üzrə müvafiq proqramların hazırlanması üçün aidiyyəti üzrə təkliflərin verilməsi, proqramların yerinə yetirilməsinin əlaqələndirilməsi, təmin edilməsi prinsipi həmişə rəhbər tutulur.
Mövzu ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin sədr müavini Musa Qasımlı bildirib ki, həyata keçirilən layihələr yerli iqtisadiyyatın inkişafına, insanların işlə təmin olunmasına və ümumilikdə regionların sosial rifahının artmasına böyük təsir göstərir:
"Regionların inkişafına dair ölkəmizdə cənab prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş aydın və konkret hədəflər güdən proqramlar mövcuddur. Bu proqramlar ölkəmizin sosial-iqtisadi inkişafını gücləndirmək və regionlar arasında tarazlı inkişafı təmin etmək məqsədini güdür. Hazırda əsas diqqət işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına yönəlməsinə baxmayaraq, bütün ölkə üzrə genişmiqyaslı tikinti və quruculuq işləri aparılır. Həmçinin, kənd təsərrüfatı, sənaye və xidmət sahələrini təşviq etmək məqsədilə bir çox mühüm layihələr həyata keçirilir.
Bu layihələr çərçivəsində müxtəlif kənd təsərrüfatı kompleksləri, maldarlıq, bitkiçilik və digər sahələrdə yeni istehsal sahələri yaradılır. Arıçılıq təsərrüfatlarının qurulmasına xüsusi diqqət yetirilir və bu sahənin inkişafı üçün bir çox proqramlar reallaşdırılır. Həmçinin regionlarda geniş miqyasda infrastruktur layihələri həyata keçirilir. Yolların, elektrik və su təchizatının təmin edilməsi istiqamətində mühüm işlər görülür. Bu gün ölkəmizdə enerji təchizatı ilə bağlı heç bir problem yoxdur, hətta ən ucqar dağ kəndlərinə belə enerji ötürülməsi təmin olunur. Bu, ölkəmizin enerji infrastrukturunun güclü olduğunu və hər bir vətəndaşın ehtiyaclarına cavab verə bildiyini göstərir.
Regionların inkişafında əsas rolu yerli sakinlər oynayır. Hər hansı bir tikinti işində və infrastruktur layihələrində iştirak edənlər arasında ilk yerdə həmin regionların sakinləri gəlir. Bu, onlara işlə təmin olunma imkanı yaradır və nəticədə onların həyat şəraiti yaxşılaşır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən işlər çoxşaxəli və möhtəşəmdir. Bu ərazilərdə eyni vaxtda müxtəlif layihələr gerçəkləşdirilir. Keçmiş məcburi köçkünlər müasir mənzillərlə təmin edilməklə yanaşı, işlə də təmin edilir. Həmin bölgələrdə sənaye parklarının yaradılması, tikinti-quruculuq işləri, və yeni müəssisələrin açılması insanların işlə təmin olunmasına və yerli iqtisadiyyatın inkişafına böyük töhfə verir.
Laçında hava limanının tikintisi, Kəlbəcərdə sanatoriya və Cəbrayıl ilə Zəngilan rayonlarında müxtəlif müəssisələrin inşası, həmçinin yerli əhalinin bu layihələrdə fəal iştirakı, həmin bölgələrdə həyat şəraitinin yaxşılaşmasını təmin edir. Bu layihələr yerli iqtisadiyyatın inkişafına, insanların işlə təmin olunmasına və ümumilikdə regionların sosial rifahının artmasına böyük təsir göstərir.
Bu məsələlərdən danışarkən unutmaq olmaz ki, Azərbaycan dövləti, 1990-cı illərin sonlarından etibarən çadır şəhərciklərində yaşayan keçmiş məcburi köçkünləri müasir yaşayış sahələri ilə təmin etdi. Bu uzunmüddətli və çətin bir proses idi ki, böyük maliyyə sərmayəsi və insan resursları tələb edirdi. Azərbaycan dövləti, bütün bu çətinliklərə baxmayaraq, vətəndaşlarının sosial rifahını təmin etmək üçün hərtərəfli addımlar atmışdır. Məcburi köçkünlərin təhsil haqqı ləğv edilmiş, müavinətlər verilmiş, sosial dəstək proqramları həyata keçirilmişdir.
Sonra isə, Azərbaycanın müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müharibə apararaq ərazilərimiz işğaldan azad edilmişdir. Bu, böyük siyasi və hərbi nailiyyətdir. İndi isə Azərbaycan dövləti heç bir xarici yardım olmadan, özünün maliyyə vəsaiti hesabına həmin əraziləri yenidən qurur. Bu çərçivədə məktəblər, xəstəxanalar, yaşayış binaları tikilir, yeni infrastrukturlar yaradılır. Bütün bu işlər Azərbaycan xalqının həyat şəraitinin yaxşılaşdırılmasına və ölkənin ümumi inkişafına yönəlmişdir. Hər bir addım, hər bir layihə insanların daha yaxşı yaşayış şəraitinə, daha yaxşı gələcəyə sahib olmaları üçün atılır".
Fidan Əliyeva
6.3.11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin