Polşa Makronun təklifini rədd etdi: "Qoşun göndərmirik"

09:25 - 13 Dekabr 2024

Polşa Makronun təklifini rədd etdi:

Polşa Fransa Prezidenti Emmanuel Makron tərəfindən irəli sürülən Avropa missiyası çərçivəsində Ukraynaya qoşun göndərməkdən imtina edib.

 

Manset.az xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

“Polşanın Belarus və Rusiya ilə 600 km sərhədi var, biz Ukrayna üçün bütün logistik əməliyyatları dəstəkləyirik, lakin Ukraynaya hər hansı bir qoşun göndərməyi düşünmürük”, - deyə o bildirib.

Xatırladaq ki, dünən Fransa Prezidenti Emmanuel Makron Varşavaya gəlib. O, Polşa tərəfi ilə Ukraynaya əsgər göndərilməsi təşəbbüsündə iştirakının mümkünlüyünü müzakirə etməli idi.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin