İlon Mask öz sərvəti ilə tarix yazdı

17:53 - 12 Dekabr 2024

İlon Mask öz sərvəti ilə tarix yazdı

Milyarder iş adamı İlon Maskın sərvəti 400 milyard dolları keçib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bu yaxınlarda "SpaceX"in 50 milyard dollarlıq səhmlərini satan Mask 24 saat ərzində sərvətini 62,8 milyard dollar artırıb.

Bu artımla İlon Maskın ümumi sərvəti 447 milyard dollara yüksəlib.

Qeyd edək ki, Elon Maskın sərvətinin artması Trampın ABŞ prezidenti seçilməsi ilə daha da sürətləndi.

400 milyard dollar sərvətə çatan ilk şəxs olan Maskla yanaşı, 500 ən zəngin insanın sərvəti 10 trilyon dolları keçib.


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin