Belarusa "Oreşnik" yerləşdirilir

16:47 - 12 Dekabr 2024

Belarusa

Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın Baş Qərargah rəisi Pavel Muraveykoya ölkədə “Oreşnik” raket sisteminin yerləşdirilməsini təmin etməyi və onun istifadəsini planlaşdırmağı tapşırıb.

 

Manset.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

"Yalnız bir göstəriş var - ərazimizdə "Oreşnik"in yerləşdirilməsini təmin etmək və ondan istifadəni səriştəli planlaşdırmaq" - Lukaşenko Pavel Muraveykoya bildirib.

Xatırladaq ki, Belarus və Rusiya prezidentləri 2025 - ci ildə Belarus ərazisində "Oreşnik" və digər ən yeni rus silahlarını yerləşdirməyə hazır olduqlarını qeyd etmişdilər .

 

 
 
 

 


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin