Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - YENİLƏNİB
12 Dekabr 2024
15:12 - 12 Dekabr 2024
"Meta" şirkəti ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə fonduna 1 milyon dollar bağışlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, "Meta" rəhbəri Mark Zukerberq və onun şirkəti üçün bu addım keçmiş mövqelərdən uzaqlaşmadır.
Seçki yarışı zamanı Tramp seçkiyə demokratların xeyrinə təsir göstərməyə cəhd edərsə, Zukerberqi cəzalandıracağı ilə hədələyib.
Zukerberq və Trampın münasibətləri həmişə mübahisəli olub. 2017-ci ilin yanvarında immiqrasiya islahatlarını dəstəkləyən Zukerberqin maliyyələşdirdiyi FWD.us lobbi qrupu Trampın andiçmə xərclərini ödəmək üçün 5000 dollar ianə etmişdi. Bir neçə həftə sonra Zukerberq yeni immiqrasiya sərəncamlarını tənqid edərək, onların nəticələrindən narahat olduğunu yazıb.
2021-ci il yanvarın 6-da Tramp tərəfdarları Kapitoliyə basqın edəndə, "Facebook" bir neçə digər sosial platforma ilə birlikdə prezidentin hesabını dayandırmışdı.
Sonuncu dəfə isə Zukerberq Trampı noyabrda seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və onunla işləməkdən məmnun olacağını bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin