"Sülh layihəsinin 15 maddəsi razılaşdırılıb" - Ceyhun Bayramov

12:58 - 12 Dekabr 2024

\"Sülh layihəsinin 15 maddəsi razılaşdırılıb\" - Ceyhun Bayramov

Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir:

"Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir. Ancaq hələ ki razılığa gəlmək mümkün olmayıb".

Nazir həmçinin xatırladıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur:

"Biz Ermənistandan bu istiqamətdə qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfinin gətirdiyi arqumentlər bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı olub və məsələni daha da mürəkkəbləşdirib. Belə ki, Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu barədə qərar qəbul edilib. Bu isə vəziyyəti mürəkkəbləşdirir. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında ölkənin müstəqillik aktına istinad var və həmin akt Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur".


Digər xəbərlər

Раскрыта причина смерти папы Римского: читать
Любовь с Никулиным, алкоголь, лечение в психушке: жестоко ?
В Красноярске дети на перемене смотрели как умирает одноклассник
Певица Алёна Апина шокировала публику своим нарядом: фото
Соседи о напряженной атмосфере в семье Михаила Ефремова
Врачам стал известен ранний маркер рака: как найти его у себя?
Барановская о том, почему ее пугают ее дети
В России ввели 10 новых штрафов для владельцев дач: срочно
Важная информация: теперь данные по ЖКХ передаем по-другому
Заморозки и ливни настигнут Россию с мая

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Любовь с Никулиным, алкоголь, лечение в психушке: жестоко ?
xidmet.tv
Раскрыта причина смерти папы Римского: читать