Slovakiya Ukraynanın NATO-ya qoşulmasını dəstəkləməyəcək

10:58 - 12 Dekabr 2024

Slovakiya Ukraynanın NATO-ya qoşulmasını dəstəkləməyəcək

Slovakiya Respublikasının Baş naziri Robert Fitso bildirib ki, ölkəsi Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasına, ən azı onun baş nazir vəzifəsini icra etdiyi müddət ərzində, dəstək vermək niyyətində deyil.

 

Manset.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Robert Fitso bu haqda Braziliada rəsmi səfərdə olduğu zaman "Folha de S.Paulo" qəzetinə verdiyi müsahibədə bildirib:

"Baş nazir olduğum müddətcə, Ukraynanın NATO-ya qoşulmasını heç vaxt dəstəkləməyəcəyəm".

Eyni zamanda, Fitso əlavə edib ki, münaqişə bitdikdən sonra Ukraynanın Avropa İttifaqına qoşulmasına dəstək verəcək.


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin