Mehriban Əliyevadan Ümummilli Liderin anım günü ilə əlaqədar PAYLAŞIM
12 Dekabr 2024
01:00 - 12 Dekabr 2024
Bakının Baş planına əsasən, şəhərin müxtəlif ərazilərində sosial infrastruktur genişləndirilir, əsaslı tikinti və abadlaşdırma işləri aparılır. Davam edən proseslər və görüləcək işlərin fonunda əhalini maraqlandıran əsas məsələlərdən biri də daşınmaz əmlak qiymətləridir.
Manset.az Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Ramil Osmanlı deyir ki, ev və mənzillərin dəyərinə təsir göstərən əsas amillər onun yerləşdiyi ərazi, ictimai funksionallığı, sosial infrastruktura yaxınlığıdır. Ekspert deyir ki, zamanla fərdi avtomobillərlə müqayisədə ictimai nəqliyyatdan, xüsusilə metrodan daha kütləvi formada istifadəni müşahidə etmək mümkün olacaq. "Bakı Metropoliteni"nin 4 stansiyası istismarda olan Bənövşəyi xəttinin perspektiv inkişaf planına uyğun olaraq 6-sı keçid olmaqla, 10 yeni stansiyanın inşası nəzərdə tutulur.
Gələcək layihələrin icrasında "Dərnəgül" stansiyasından sonra 3 stansiyanın "Koroğlu"ya birləşdirilməsi, "Xətai" stansiyasından sonra "Həzi Aslanov"a kimi 4 stansiyanın tikilməsi planlaşdırılır. "İçərişəhər" stansiyasından sonra isə iki stansiyanın inşası nəzərdə tutulub.
Bakının Baş Planında həmçinin nəzərdə tutulur ki, gələcəkdə metro ilə bağlı dairəvi xətlər yaradılsın. Yaşıl xətt üzrə qatarlar "Koroğlu"dan keçməklə Bakıxanov, Qaraçuxur, Yeni Günəşli qəsəbələrini əhatə etsin və "Həzi Aslanov-2" stansiyasına birləşdirilsin. Belə ki, sözügedən ərazilərdə də daşınmaz əmlak qiymətlərinin müəyyən qədər artacağı proqnozlaşdırılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin