İl ərzində neçə xarici vətəndaş xəstəxanalara müraciət edib? - AÇIQLANDI

19:54 - 11 Dekabr 2024

İl ərzində neçə xarici vətəndaş xəstəxanalara müraciət edib? - AÇIQLANDI

Bu il Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinə müraciət edən əcnəbilərin sayı məlum olub.

 

Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində TƏBİB tabeliyində olan tibb müəssisələrinə 5 879 nəfər xarici vətəndaş müraciət edib.

Qeyd edilib ki, Azərbaycanda olan xarici vətəndaşlar tibbi xidmətlərdən yararlanmaq üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət edə bilərlər.


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin