"Beşiktaş" Avropada 250-ci matçına çıxacaq

17:45 - 11 Dekabr 2024

UEFA Avropa Liqasının 6-cı həftəsində sabah Norveçin "Bodo/Qlimt" komandası ilə qarşılaşacaq "Beşiktaş" Avropada 250-ci matçına çıxacaq.

 

Manset.az bu barədə türk mediasına istinadən xəbər verir.

"Ağ-qara" futbol komandası avrokuboklarda keçirdiyi 249 oyunda 94 qələbə, 49 heç-heçə və 106 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, Avropa arenasında 333 dəfə fərqlənən "Beşiktaş" 380 qol buraxıb.


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin