Mehriban Əliyevadan Ümummilli Liderin anım günü ilə əlaqədar PAYLAŞIM
12 Dekabr 2024
17:35 - 11 Dekabr 2024
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyada keçirilən brifinqdə iştirak edib.
Manset.az bu barədə rus mətbuatına istinadən xəbər verir.
Zaxarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada yalnız özünün və Rusiya Prezidenti Vladimir Putinin təcrübəli liderlər olması barədə bəyanatını şərh etməyi düzgün hesab etmir.
Hər hansı məsələlərin həlli üçün Ankara ilə təmasların mümkünlüyü barədə sualı cavablandıran diplomat vurğulayıb ki, Rusiya tərəfi dost ölkələrlə münasibətləri qoruyur.
Ölkəmiz dost ölkələrin həmkarlarına və rəhbərlərinə hörmətlə yanaşır və dialoqu davam etdirir, əlaqələri inkişaf etdirir, mütəmadi olaraq, o cümlədən ölkəmizin ərazisində əlaqələr saxlayır. Amma Türkiyə prezidentinin bəyanatını şərh etməyi düzgün hesab etmirik, bu, Türkiyə tərəfinin işidir ”, - Zaxarova bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin