"ABŞ ilə münasibətlər pozulmaq ərəfəsindədir" - Rusiya XİN

17:13 - 11 Dekabr 2024

ABŞ və Rusiya arasındakı münasibətlərlə bağlı Rusiya Xarici İşlər Nazirliyindən açıqlama verilib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Xarici İşlər Nazirliyinin bəyanatında ABŞ və Rusiya arasında münasibətlərin pozulmaq ərəfəsində olduğu bildirilib və Rusiya vətəndaşlarını ABŞ-yə səfərlərdən çəkinməyə çağırıb.

"Münasibətlərimizin demək olar ki, sıfıra enməsində Vaşinqton məsuliyyət daşıyır. Əlaqələrimiz hər an qırılma riski altındadır. Bu, Rusiyanın seçimi deyil. ABŞ-nin gərginliyi daha da artırmaq üçün məsuliyyətsiz addımları, o cümlədən Moskvanın strateji məğlubiyyəti doktrinasının fəlakətli nəticələri ola bilər".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin ötən il fevralın 24-də Ukraynaya müharibə elan etməsindən sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi. 


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin