Əfqanıstanda Taliban administrasiyasının qaçqınlar üzrə nazir müavini Xəlil Rəhman Haqqani ölkənin paytaxtı Kabildə partlayış nəticəsində ölüb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Xəlil Həqqani 2021-ci ildə xarici qüvvələr Əfqanıstanı tərk etdikdən sonra Talibanın müvəqqəti hökumətində nazir, həmçinin Talibanın yüksək rütbəli məmuru vəzifələrində çalışıb.