Mehriban Əliyevadan Ümummilli Liderin anım günü ilə əlaqədar PAYLAŞIM
12 Dekabr 2024
15:54 - 11 Dekabr 2024
İran rəhbəri Əli Xameneinin Bəşər Əsədin devrilməsi və Suriyada baş verənlərlə bağlı bugünkü çıxışının ardından HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xalid Məşəl bəyanat yayıb.
Manset.az xəbər verir ki, o, “Əl-Ərəbiyyə”yə müsahibəsində Suriya ilə bağlı Xameneinin sözlərinə əks fikirlər səsləndirib.
“Bəşar Əsədin süqutu münasibəti ilə Suriya xalqını təbrik edirəm, bu, zülm və ədalətsizliyə qarşı inqilab idi”, - Xalid Məşəl bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Əli Xamenei Bəşər Əsədin devrilməsində 3 ölkəni (ABŞ, İsrail və “Suriyanın qonşusu”) günahlandırmışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin