Putin və Orban Ukrayna, Suriya və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər

14:19 - 11 Dekabr 2024

Putin və Orban Ukrayna, Suriya və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putinlə Macarıstanın Baş naziri Viktor Orban arasında telefon danışığı olub.

 

Manset.az bu barədə rus mediasına istinadən xəbər verir.

“Macarıstanın Baş naziri bir sıra Qərb liderləri ilə təmaslarını nəzərə alaraq böhranın siyasi və diplomatik yolla həlli yollarının birgə axtarışına kömək etməkdə maraqlı olduğunu bildirib”, - deyə söhbətdən sonra verilən açıqlamada bildirilib.

Putinin Ukraynanın münaqişənin sülh yolu ilə həlli ilə bağlı destruktiv mövqeyi barədə Macarıstan hökumətinin başçısını xəbərdar etdiyi də aydınlaşdırılıb.

Tərəflər həmçinin Suriyadakı son hadisələr kontekstində Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

 


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin