Evli cütlükdən inanılmaz saxtakarlıq: 43 ildə 12 dəfə boşandılar, 326 minlik təzminat aldılar

12:35 - 11 Dekabr 2024

Evli cütlükdən inanılmaz saxtakarlıq: 43 ildə 12 dəfə boşandılar, 326 minlik təzminat aldılar

Avstriyada bir cütlük 43 ildə 12 dəfə boşanıb və qadın dövlətdən bu illər ərzində 326 min dollarlıq dul pensiyası alıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ümumilikdə 13 dəfə evləndiyi iddia edilən qadının 1981-ci ildə birinci ərinin ölümündən sonra dövlətdən “dul pensiyası” almağa başlayıb. 

Daha sonra ikinci həyat yoldaşı ilə tanış olub.Qadın və yoldaşı ümumilikdə 12 dəfə rəsmi boşanıblar. Lakin burada məqsəd sırf dövləti aldadaraq, pul almaq olub.

Qanuna görə, qadın hər boşandığı zaman dul pensiya almağa davam edirdi və evləndiyi hər yeni həyat yoldaşı üçün 27 min avro təzminat tələb edə bilərdi. İllərdir bu üsulla pul qazanan cütlüyün ümumilikdə 326 min avro qazandığı məlum olub.

Hazırda faktla bağlı cinayət işi başladılıb.


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin