Bayden Rusiya neftinin ixracına qarşı sərt sanksiyalar tətbiq edə bilər

11:55 - 11 Dekabr 2024

Bayden Rusiya neftinin ixracına qarşı sərt sanksiyalar tətbiq edə bilər

ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya neftinin ixracına qarşı daha sərt sanksiyaları nəzərdən keçirir.

 

Manset.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşr bildirir ki, neftin qiymətinin düşməsi və ABŞ-nin yeni seçilən Prezidenti Donald Trampın Ukraynanı Rusiya ilə sürətlə razılaşmağa məcbur etməyə cəhd edə biləcəyi ilə bağlı narahatlıqların artması səbəbindən, hazırkı ABŞ prezidenti daha sərt və aqressiv addımlar atmağa hazırdır.

Təxminlərə görə, ABŞ-nin daha geniş sanksiyaları üçün seçimlərdən biri Rusiya neftinin alıcılarının ABŞ sanksiyaları ilə üzləşəcəyi məhdudiyyətlərin tətbiqi ola bilər.

Xatırladaq ki, Avropa İttifaqı 2024-cü ilin sonuna qədər Rusiya Federasiyasından 45 neft tankerinə qarşı sanksiyalar tətbiq etmək istəyir.

 
 
 

Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin