Mehriban Əliyevadan Ümummilli Liderin anım günü ilə əlaqədar PAYLAŞIM
12 Dekabr 2024
11:49 - 11 Dekabr 2024
"Əgər bu gün 127 ötürücü üçün eyni sayda tezlik ayrılıbsa, gələcək bunun sayı 10, 12 dəfə azalacaq".
Manset.az xəbər verir ki, bunu Dövlət Radiotezliklər İdarəsinin rəisi vəzifəsini icra edən İlham Əhədov "Azərbaycanda radioyayımın dünəni, bu günü və sabahı" mövzusunda keçirilən seminarda söyləyib.
Onun sözlərinə görə, Azərbaycan bölgə ölkələri içərisində yeganə dövlətdir ki, planını hazırlayaraq sınağa başlayıb: “Bu yaxınlarda Cenevrədə Beynəlxalq Telekommunikasiya Birliyinin dəstəyi ilə region ölkələrinin yığıncağı keçirilib. Artıq biz hazırladığımız DAB+ planına uyğun olaraq qonşu ölkələrin razılığını almağa başladıq. Hazırda bu işlər davam edir. Azərbaycan regionda ilk dəfə rəqəmsal televiziyaya keçdiyi kimi, ilk dəfə də rəqəmsal radioya keçəcək. Qonşularımızdan əvvəl FM radioyayımın dayandırılmasına nail olacağıq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin