İsveçin paytaxtı Stokholmda Nobelin builki laureatlarına mükafatlar təqdim olunub.
Manset.az Trend-ə istinadən xəbər verir ki, təqdimetmə mərasimində İsveç Kralı ХVI Karl Qustav da iştirak edib.
Qeyd edək ki, mərasim hər il 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anma günündə keçirilir. Nobelin vəsiyyətinə uyğun olaraq, Sülh mükafatı Osloda, digər bütün mükafatlar isə Stokholmda təqdim edilir.