Mehriban Əliyevadan Ümummilli Liderin anım günü ilə əlaqədar PAYLAŞIM
12 Dekabr 2024
22:04 - 10 Dekabr 2024
AKTA-nın təşkilatçılığı ilə “Energetika sektorunda kibertəhlükəsizlik” mövzusunda görüş keçirilib.
Manset.az xəbər verir ki, bu barədə AKTA-dan məlumat verilib.
Məlumata görə, tədbir çərçivəsində kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını icra edən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən yaradılmış kibertəhdid məlumat mübadiləsi platforması və onun imkanları iştirakçılara təqdim edilib.
Görüş zamanı sahə üzrə normativ tənzimləmə mexanizmlərinin, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində mövcud normativ hüquqi aktların tətbiq olunması, habelə müvafiq strategiya və tədbirlər planının icra olunması, o cümlədən kibertəhdidlərə qarşı mübarizə, kiberinsidentlərin idarə olunması, kibertəhlükəsizlik üzrə yerli məhsul və həllərin hazırlanması, kadr potensialının gücləndirilməsi, məlumat mübadiləsinin və səmərəli əməkdaşlığın təşkili, həmçinin maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar qarşıya çıxan məsələlər ətrafında müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin