Mehriban Əliyevadan Ümummilli Liderin anım günü ilə əlaqədar PAYLAŞIM
12 Dekabr 2024
21:57 - 10 Dekabr 2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsəd rejiminin devrilməsi fonunda Suriyanın təkrar bölünməsinin yolverilməz olduğunu bildirib.
Manset.az xəbər verir ki, Türkiyə lideri Ankarada hakim Ədalət və İnkişaf Partiyasının ölkənin vilayətlərindəki yerli təşkilatlarının rəhbərləri ilə görüşündə qonşu ölkədə baş verən prosesləri şərh edib.
“Biz Suriyanın təkrar bölünməsinə və Suriyanın qarşıdurma bölgəsinə çevrilməsinə yol verə bilmərik. Türkiyə illərdir suriyalılara sığınacaq verib və bu, qardaşlıq sınağından uğurla keçib”, – deyə Ərdoğan qeyd edib.
Dövlət başçısı Suriyada son həftələr baş verən hadisələri “bütün region üçün tarixi dövr” adlandırıb. “Son 13 ildə Suriya öz tarixində “qara zolaq”la üzləşib, bu, 61 il hakimiyyətdə olan “Baas” diktaturasının devrilməsi ilə başa çatdı. Suriya xalqının önündə “işıqlı bir fürsət pəncərəsi” açılıb”, - deyə Türkiyə Prezidenti söyləyib.
Siyasətçi ümid etdiyini bildirib ki, çox yaxın gələcəkdə İŞİD və PKK terrorçularının fəaliyyət göstərdiyi Suriya əraziləri azad ediləcək.
O, Suriya ərazilərinə nəzarət etmək istəyən qüvvələrə xəbərdarlıq edib: “Türkiyə Suriyada bugünkü nailiyyətləri əldə etmək üçün həddən artıq səy göstərib. Başqalarının Suriya xalqından üz döndərdiyi bir vaxtda biz qapılarımızı qonşu ölkədən milyonlarla insanın üzünə açdıq. Ankara yeni gərginlik dövrələrinə və Suriyanın təkrar qarşıdurma zonasına çevrilməsinə yol verməyəcək”, - deyə Ərdoğan əmin edib.
“Türkiyə evlərinə qayıdan suriyalılara hər cür yardım göstərəcək. Biz ölkənin yenidən qurulmasında qardaş xalqın yanında olacağıq”, - deyə o əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin