İranda havanın çirklənməsi səbəbilə bütün məktəblər bağlanıb

17:07 - 10 Dekabr 2024

İranda havanın çirklənməsi səbəbilə bütün məktəblər bağlanıb

İranın paytaxtı Tehranda yüksək hava çirkliliyi səbəbindən çərşənbə və cümə axşamı bütün məktəblər, müəssisə və təşkilatlar bağlanıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Tehran Bələdiyyəsi paytaxtda davam edən və bütün qruplar üçün qeyri-sağlam həddə çatan hava çirkliliyi ilə bağlı açıqlama verib.

Havanın yüksək səviyyədə çirklənməsi səbəbindən Tehranın Firuzköh və Dəmavənd şəhərləri istisna olmaqla, bütün bölgələrində məktəbəqədər, ibtidai, orta və ali təhsil müəssisələrində, həmçinin özəl və dövlət müəssisə və təşkilatları iki gün müddətinə bağlanıb.

Bayram günlərində banklar, sağlamlıq və xidmət mərkəzləri fəaliyyətini davam etdirəcək.

Tehran Hava Keyfiyyətini Ölçmə Şirkətinin apardığı ölçmələrə görə, bu gün Tehranda havanın çirklənməsi hər kubmetr üçün 158 mikroqram olub. Bu göstərici o deməkdir ki, havanın keyfiyyəti bütün yaş qrupları üçün qeyri-sağlamdır.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin