İtaliya Almaniyadan təzminat tələb etdi - SƏBƏB

16:50 - 10 Dekabr 2024

İtaliya Almaniyadan təzminat tələb etdi - SƏBƏB

İtaliya məhkəməsi Almaniyanın İkinci Dünya Müharibəsi zamanı İtaliyanın Pietransieri kəndində nasist qırğınında həlak olanların yaxınlarına əlavə 4 milyon avro təzminat ödəməsi barədə qərar çıxarıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məhkəmə Almaniyanın qırğında yaxınlarını itirən daha 30 nəfərə 4 milyon avro təzminat ödəməsi barədə qərar çıxarıb.

Əvvəlki qərarda açıqlanan təzminatla ödəniləcək ümumi məbləğ 15 milyon avroya çatacaq.

Daha öncə bildirilmişdi ki , Avropa İttifaqı (Aİ) tərəfindən verilən Covid-19-dan sonrakı bərpa fondunda “nasist cinayətləri” üçün ayrılan hissədən Almaniya tərəfindən yaxın aylarda İtaliyaya təzminat ödəniləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv