Əsəd Suriyadan bu qədər pul çıxarıb - Ağlasığmaz məbləğ

10:05 - 10 Dekabr 2024

Əsəd Suriyadan bu qədər pul çıxarıb - Ağlasığmaz məbləğ

Suriyada Baas hakimiyyətinin süqutu ilə Rusiyaya qaçan rejim lideri Bəşər Əsədin özü ilə nə qədər pul apardığı üzə çıxıb.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı rejim kəşfiyyatından olan Xalid Beyye adlı şəxs məlumat verib.

Onun sözlərinə görə, Əsəd ölkədən 135 milyard dollar pul çıxarıb.

“Keçən payızdan əvvəl Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq arasında böyük qarşıdurma var idi. İlk döyüş Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında olub. Hərbi kəşfiyyatla ordu arasında məlumat axını dayandı. Hələbin süqut etdiyi gün başlayan məğlubiyyət müxalifəti Dəməşqə gətirdi”, - deyə Xalid Beyye əlavə edib.

O, qeyd edib ki, proses zamanı 273 yüksək rütbəli komandir rejim tərəfindən edam edilib.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin