Bakıdakı elektrobuslarda gediş haqqı artırılır?

09:38 - 10 Dekabr 2024

Bakıdakı elektrobuslarda gediş haqqı artırılır?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələri elektrik mühərrikli avtobuslarla əvəzlənəcək. Nəzərə alsaq ki, hazırda avtobusların gedişhaqqı tarifləri istifadə olunan yanacağın qiymətinə əsasən tənzimlənir. Bəs elektrik mühərrikli avtobuslarda qiymətlər nəyə əsasən tənzimlənəcək?

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, nəqliyyat vasitələrinin elektrik mühərrikli avtobuslarla əvəzlənməsi hazırda sadəcə proqnozdur:

“Bunun tam reallaşacağına dair dəqiq bir əsas yoxdur. Fikrimcə, 2030-cu ilə qədər, yəni 5 il ərzində bunu həyata keçirmək üçün külli miqdarda vəsait lazımdır. Burada milyardlardan söhbət gedir. Azərbaycanda isə ictimai nəqliyyatda dayanıqlı maliyyələşmə müşahidə etmirik. Bunu zaman göstərəcək.

İctimai nəqliyyatda gedişhaqqı Tarif Şurasının qərarı ilə tənzimlənir. Nəzərdə tutulan avtobusların alışı isə çox baha məbləğə başa gəlir. Onların istismar xərcləri də heç də az deyil. Bu avtobusların texniki qulluğu, idarəsi benzinlə idarə olunanlardan daha çox vəsait tələb edir”


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin