Pəhriz tutmaq yerinə, asta yeməyi öyrənin

07:30 - 10 Dekabr 2024

Pəhriz tutmaq yerinə, asta yeməyi öyrənin

Yavaş-yavaş yemək, xüsusilə həzm, çəki və qidalanma baxımından sağlamlığınız üçün daha yaxşıdır.

 

Manset.az Saglamolun.az-a istinadən xəbər verir ki, bu fikirləri Northwestern Tibb Həzm Sağlamlıq Mərkəzinin professor Bethany Marie Doerfler deyib.

Çox sürətli yemək yeyərkən, daha çox hava udursunuz, bu da şişkinliyə səbəb olur. Yeməyi yaxşı çeynəmək və qidanın xırda hissəciklərə ayırdıqdan sonra udmaq həzm prosesinə çox dəstək olur. 

Mədənin beynə doymaq haqqında siqnal ötürməyi təxminən 20 dəqiqə çəkir. Tələsik yemək isə bu müddət ərzində daha çox qida qəbul etməyə səbəb olur. Nəticədə doymuş mədəyə qida gəlir və həzm olunmadan piyə çevrilir.

Araşdırmalar göstərir ki, daha asta yeyən insanların artıq çəkisi olmur.

Qidalarda pəhriz saxlamaq yerinə, yemək tempinizi azaltmaq kifayət qədər çəki itirməyinizə səbəb ola bilər, deyə Amerikalı professor xüsusi vurğulayıb.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin