Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
22:19 - 9 Dekabr 2024
Bakıda azyaşlının qarnından qapı dəstəyi çıxarılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, Xətai Tibb Mərkəzinə gətirilən 10 yaşlı uşağın qarın boşluğuna qapı dəstəyi batdığı məlum olub.
Əməliyyat edilən xəstənin vəziyyətinin hazırda qənaətbəxş olduğu qeyd edilib.
Sözügedən hadisə 107 nömrəli məktəbdə baş verib.
Belə ki, 5-ci sinif şagirdi məktəbin sanitar qovuşağına gedərkən sürətlə qaçdığı üçün qapının dəstəyinə toxunub. Nəticədə yad cisim şagirdin qarın boşluğuna batıb.
Məsələ ilə bağlı dərhal təcili-tibbi yardıma müraciət olunub və şagirdin valideynlərinə məlumat verilib.
Azyaşlı tibb müəssisəsinə çatdırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin