Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
20:02 - 9 Dekabr 2024
Almaniya Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra yaranan siyasi qeyri-müəyyənliklə əlaqədar bu ölkədən olan qaçqın və miqrantların sığınma barədə müraciətlərinə baxılma prosesini dayandırıb.
Manset.az xəbər verir ki, bu barədə prosesdən məsul dövlət qurumu – Federal Miqrasiya və Qaçqınlar İdarəsi (BAMF) məlumat yayıb.
BAMF-in məlumatına görə, hazırda Suriya vətəndaşlarının sığınma tələbi ilə 47 min müraciəti baxılma mərhələsindədir. Onlardan 46 min 81 nəfəri dəfə müraciət edənlərə aiddir.
Almaniya Daxili İşlər Nazirliyinin 2024-cü il oktyabrın 31-nə olan məlumatına görə, ölkədə 974 min 136 nəfər Suriya əsilli şəxs yaşayır. Onlardan 5090-ı sığınma müraciəti qəbul olunanlar, 321 min 444-ü qaçqın, 329 min 242-si müvəqqəti yaşama icazəsi alan şəxslərdir. Digərləri isə ailə birləşməsi və digər əsaslarla ölkədə qalma icazəsinə sahib olanlardır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin