Ermənistan və Aİ yeni tərəfdaşlıq proqramı ilə bağlı danışıqlar aparır

19:48 - 9 Dekabr 2024

Ermənistan və Aİ yeni tərəfdaşlıq proqramı ilə bağlı danışıqlar aparır

Ermənistan və Avropa İttifaqı (Aİ) ikitərəfli münasibətləri daha da dərinləşdirmək məqsədilə yeni sənədin hazırlanması istiqamətində müzakirələr aparır.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın “Lannen Media” nəşrinə verdiyi müsahibədə məlumat verib.

Mirzoyan bildirib ki, Ermənistan Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə yönəlmiş siyasətini davam etdirir və hazırda Aİ ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün "Yeni tərəfdaşlıq proqramı" adlı sənəd üzərində danışıqlar aparılır.

Nazir, bu sənədin əməkdaşlığın müxtəlif sahələrini əhatə edən geniş məzmunlu bir sənəd olduğunu vurğulayıb.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin