Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
18:21 - 9 Dekabr 2024
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov tutduğu vəzifəsindən azad edilib.
Manset.az Editor.az-a istinadən xəbər verir ki, onunla bağlanmış müqaviləyə xitam verilib. Bu barədə sayta açıqlama verən Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov məlumatı təsdiq edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Anar Məmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı xəbər yayılmışdı. Onun bağçalara, məktəblərə direktor, direktor müavini təyin edilməsinin müsahibə mərhələsində yol verdiyi nöqsanlarla bağlı olduğu qeyd edilmişdi. Xəbərdə Anar Məmmədovun müsahibələr vaxtı müəllimlərə münasibətdə göstərdiyi adekvat olmayan yanaşmanın kütləvi etiraz doğurduğu və vəzifəsini itirməsi ilə nəticələndiyi bildirilmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin