"Bəşər Əsəd bizdən kömək istəməyib" - İran XİN

18:03 - 9 Dekabr 2024

Suriyanı tərk etmiş ölkə prezidenti Bəşər Əsəd İrandan kömək istəməyib.

 

Manset.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi məlumat verib.

"O bizdən heç vaxt kömək istəməyib", - nazir deyib.

Nazir qeyd edib ki, İranın Suriyada mövcudluğu "İslam Dövləti"nə qarşı mübarizəyə yönəlib.

Onun sözlərinə görə, Suriyada hadisələrin sürətlə inkişaf etməsi Tehranda təəccübə səbəb olub: "Şübhəsiz ki, hadisələrin inkişaf sürəti və Suriya ordusunun hər hansı bir addım atmağa qadir olmaması təəccüb doğurur".

"Təbii ki, müqavimət cəbhəsi zərər çəkəcək", - o bildirib. Bununla belə, XİN başçısı hesab edir ki, müəyyən məhdudiyyətlərə baxmayaraq, müqavimət davam edəcək.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin