Suriyanı tərk etmiş ölkə prezidenti Bəşər Əsəd İrandan kömək istəməyib.
Manset.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi məlumat verib.
"O bizdən heç vaxt kömək istəməyib", - nazir deyib.
Nazir qeyd edib ki, İranın Suriyada mövcudluğu "İslam Dövləti"nə qarşı mübarizəyə yönəlib.
Onun sözlərinə görə, Suriyada hadisələrin sürətlə inkişaf etməsi Tehranda təəccübə səbəb olub: "Şübhəsiz ki, hadisələrin inkişaf sürəti və Suriya ordusunun hər hansı bir addım atmağa qadir olmaması təəccüb doğurur".
"Təbii ki, müqavimət cəbhəsi zərər çəkəcək", - o bildirib. Bununla belə, XİN başçısı hesab edir ki, müəyyən məhdudiyyətlərə baxmayaraq, müqavimət davam edəcək.