Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
17:39 - 9 Dekabr 2024
"Volkswagen"in Almaniyada yerləşən zavodlarının işçiləri, həmkarlar ittifaqları ilə avtomobil istehsalçısı rəhbərliyi arasında dayandırılmış danışıqlar fonunda xəbərdarlıq tətillərinin yeni mərhələsinə başlayıblar.
Manset.az bu barədə "Kommersant"-a istinadən məlumat verir.
Tərəflər vəziyyəti sentyabr ayında müzakirə etməyə başlayıblar. Satışların azalması səbəbindən alman şirkəti xərcləri bir neçə milyard avro azaldmaq məcburiyyətindədir və bu məqsədlə bəzi tədbirlər nəzərdə tutulub. Bunlara üç müəssisənin bağlanması və ödənişlərin dondurulması da daxildir.
Məlumata görə, Almaniyada "Volkswagen" zavodlarında saatlıq orta maaş 62 avro olub və işəgötürən maaşları 10% azaldılmasını təklif edib.
İşçilər bu cür təkliflərə etiraz edərək, tətillərin birinci mərhələsini dekabrın 2-də 100 min nəfərin iştirakı ilə keçiriblər. Tətillər zamanı doqquz fabrikdə iş dayandırılıb və bu proses iki saat davam edib. Bu dəfə isə tətilin müddəti iki dəfə daha uzun olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin